Bir insan öz mədəniyyətini bəyənmirsə
keyfiyyətli ola bilməz. Yalnız xarici mədəniyyəti bəyənirsə mədəniyyətsizlik
deməkdir, təqlidçilik deməkdir. Sən öz mədəniyyətinin gözəlliyini, dərinliyini,
zənginliyini fərq edə bilmirsənsə, oradakı keyfiyyəti hiss edə bilmirsənsə və
onu keyfiyyətlə təqdim edə bilmirsənsə, sən təqlidçi insansan. (Adnan Oktar)
-Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaq. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan islam dini hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək. (Heydər Əliyev)
-Azərbaycanda islam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir. (Heydər Əliyev)
DÖVLƏT NƏDİR?
“İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir
dövlətdir. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq,
hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır”.
HEYDƏR
ƏLİYEV
Dövlət ortaq həyat və mədəniyyəti paylaşan bir
cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə təhlükəsizlik, sülh və rifah
təmin etmə məqsədini daşıyan və bu məqsədə yönələn qanunlar qəbul etmə, bu
qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur.
Dövlət,
tarixin məlum olan ən qədim cəmiyyətlərindən indiyə kimi həmişə var olmuşdur.
Marksistlər ortaya atdıqları xəyali "mədəni təkamül" ssenarisi
daxilində dövlətin sonradan ortaya çıxan bir mexanizm olduğunu iddia edirlər.
İlk cəmiyyətlərdə dövlət və ya dövlətə bənzər bir qurumun olmadığını,
"kommunal" həyat tərzinin mövcudluğunu irəli sürürlər. Halbuki heç bir tarixi və ya arxeoloji tapıntı bu
iddianı təsdiq etmir. Əksinə, haqqında məlumatımız olan ən qədim
mədəniyyətlərin hamısında güclü dövlət mexanizmlərinin mövcud olduğu məlumdur.
Buna görə də dövlət quruluşunun insanlıq tarixi ilə bir yaşda olduğunu söyləmək
mümkündür.
Bu, əslində
insanın yaradılışının təbii nəticəsidir.
İnsan yaradılışının tələbi olaraq "doğru" və "yanlış"
anlayışlarına malik olmaqla doğrunu öyrənmək və bu doğruya uyğun şəkildə yaşamaq
istəyir. Yanlışı tətbiq edənlərin isə dayandırılmasını, onlara mane olmağı arzu
edir. Buna görə də insanlara doğrunu göstərən bəzi qanunlar qəbul edən və bu
qanunlara tabe olmağı təmin edən bir nüfuzun varlığı zəruridir.
Belə ki,
cəmiyyətlərin quruluşu düşünüldüyündə dövlətin nə qədər əhəmiyyətli olduğu
asanlıqla görünür. Bir cəmiyyətdə sülh və əsayişi təmin edən, zərərli
davranışları qanunla qadağan edən, bu qanunlara da tabe olmağı məcbur edən yeganə
güc dövlətdir. Buna paralel olaraq, dövrümüzdəki cəmiyyətlərin sağlamlıq, təhsil, milli təhlükəsizlik,
infrastruktur kimi xidmətlərin də yalnız dövlət tərəfindən qarşılana biləcəyi
aydındır.
Bunları ətraflı
şəkildə araşdıracağıq. Bunun üçün əvvəlcə, dövlətin varlığına qarşı çıxan ən
əhəmiyyətli siyasi ideologiya olan anarxizmin yanlışlıqlarına nəzər yetirək.
NİYƏ DÖVLƏT HAQQINDA BİR KİTABÇA?
Dövlət sisteminin
əhəmiyyətini, vəzifələrini və ya funksiyalarını açıqlayan kitablar, ümumiyyətlə, siyasət elmləri kitablarıdır. Bu kitabların əksəriyyəti tələbələrə məlumat vermək məqsədi daşıyır. Amma əlinizdəki bu kitabça bunlardan fərqlidir. Çünki əsas məqsədi cəmiyyətdə bir qisim
"dövlət əleyhinə" cərəyan və ya fikirlərin yanlışlıq içində olduqlarını göstərmək və millətimizin hər üzvünü dövlətinə sahib çıxmağa çağırmaqdır.
Haqqında danışdığımız dövlət əleyhinə
cərəyan və ya fikirlər müxtəlif qaynaqlardan gəlir. Bu qaynaqların başında marksist ideologiya durur. Bu ideologiyaya bağlı
olanlar dövlətin zərərli bir qurum olduğuna kor-koranə inanıblar. Buna görə,
dövlət və dövləti təmsil edən hər cür simvola qarşı düşmən mövqeyindədirlər. Bu düşmənçilik bəzən zorakılığa da çevrilir və sol terror təşkilatlarını əmələ gətirir.
Digər tərəfdən, marksist ideologiyadan çox təsirlənmiş bir qrup ziyalılar bu gün marksizmi tərk etdiklərini söyləsələr də, buna bənzər bir yolu davam etdirirlər. Həmin ziyalılar, ümumiyyətlə, "68 nəsli" kimi tanınan solçu hərəkatın
bugünkü nümayəndələridir. Keçmiş marksist dövrlərin bitdiyini və hətta liberal
olduqlarını desələr də, marksizmin dövləti düşmən kimi göstərən
təlqinlərinin təsirlərini hələ də daşıyırlar.
Bu marksist mənşəli ziyalılara paralel
olaraq cəmiyyətdəki bəzi sektorlar demokratiya anlayışını səhv anlayaraq dövlətə qarşı çıxırlar. Demokratiyanın yalnız dövlətin zəiflədiyi təqdirdə mümkün olacağı kimi
yanlış fikrə düşüblər. Bu yanlış fikrin təsiri ilə hər cür dövlət təşkilatını hədəf seçir,
dövlətin cəmiyyətin faydası üçün tətbiq etdiyi siyasəti gözü bağlı şəkildə tənqid edirlər.
Mövzunun qəribə bir cəhəti də kökündə sol ideologiyanın yer aldığı bütün bu dövlət əleyhinə olan ifadələrin
bir qrup mühafizəkar dairələrə zaman
keçdikcə təsir etməsidir. Bu dairələr dövlətin
təhlükəsizliyi, rifahı və birliyi üçün tətbiq edilən bəzi sosial siyasətin dinə qarşı olduğunu zənn edir və sonra da bu zənn səbəbindən dövlətə qarşı cəbhə alırlar. Halbuki müstəqil Azərbaycan dövləti heç
vaxt dinə qarşı siyasət aparmamış, əksinə, ulu öndər Heydər Əliyevin:
"Heç vaxt imanımızdan,
dinimizdən
uzaqlaşmayacağıq və bu mənəvi
mənbələrimizdən istifadə edərək
gələcəyimizi
quracağıq!"
-sözünə qüvvət olaraq həmişə mənəvi dəyərlərin qorunmasının Azərbaycan dövlətinin mövcudluğunu əsas şərti olduğu düşüncəsi ilə hərəkət etmişdir. Belə ki,
cəmiyyətimizin mənəvi dəyərlərə ən çox bağlı olan qurumları tarixdə həmişə dövlətə ən çox sədaqət göstərən qurumlar olmuşdur.
Nəticə etibarilə, bu kitabçada
dövlətə qarşı çıxan
qurumların yanlış yolda olduqları və millətimizin
gələcəyi üçün güclü və təsirli dövlət quruluşunun zəruriliyindən bəhs edəcəyik. Vətənini və
millətini sevən hər kəs bu həqiqət üzərində düşünməli və siyasi düşüncələrini buna görə tənzimləməlidir.
“Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət
müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir.
Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini,
əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu
müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli
Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”.
HEYDƏR ƏLİYEV
Kaydol:
Yorumlar (Atom)

