“İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir
dövlətdir. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq,
hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır”.
HEYDƏR
ƏLİYEV
Dövlət ortaq həyat və mədəniyyəti paylaşan bir
cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə təhlükəsizlik, sülh və rifah
təmin etmə məqsədini daşıyan və bu məqsədə yönələn qanunlar qəbul etmə, bu
qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur.
Dövlət,
tarixin məlum olan ən qədim cəmiyyətlərindən indiyə kimi həmişə var olmuşdur.
Marksistlər ortaya atdıqları xəyali "mədəni təkamül" ssenarisi
daxilində dövlətin sonradan ortaya çıxan bir mexanizm olduğunu iddia edirlər.
İlk cəmiyyətlərdə dövlət və ya dövlətə bənzər bir qurumun olmadığını,
"kommunal" həyat tərzinin mövcudluğunu irəli sürürlər. Halbuki heç bir tarixi və ya arxeoloji tapıntı bu
iddianı təsdiq etmir. Əksinə, haqqında məlumatımız olan ən qədim
mədəniyyətlərin hamısında güclü dövlət mexanizmlərinin mövcud olduğu məlumdur.
Buna görə də dövlət quruluşunun insanlıq tarixi ilə bir yaşda olduğunu söyləmək
mümkündür.
Bu, əslində
insanın yaradılışının təbii nəticəsidir.
İnsan yaradılışının tələbi olaraq "doğru" və "yanlış"
anlayışlarına malik olmaqla doğrunu öyrənmək və bu doğruya uyğun şəkildə yaşamaq
istəyir. Yanlışı tətbiq edənlərin isə dayandırılmasını, onlara mane olmağı arzu
edir. Buna görə də insanlara doğrunu göstərən bəzi qanunlar qəbul edən və bu
qanunlara tabe olmağı təmin edən bir nüfuzun varlığı zəruridir.
Belə ki,
cəmiyyətlərin quruluşu düşünüldüyündə dövlətin nə qədər əhəmiyyətli olduğu
asanlıqla görünür. Bir cəmiyyətdə sülh və əsayişi təmin edən, zərərli
davranışları qanunla qadağan edən, bu qanunlara da tabe olmağı məcbur edən yeganə
güc dövlətdir. Buna paralel olaraq, dövrümüzdəki cəmiyyətlərin sağlamlıq, təhsil, milli təhlükəsizlik,
infrastruktur kimi xidmətlərin də yalnız dövlət tərəfindən qarşılana biləcəyi
aydındır.
Bunları ətraflı
şəkildə araşdıracağıq. Bunun üçün əvvəlcə, dövlətin varlığına qarşı çıxan ən
əhəmiyyətli siyasi ideologiya olan anarxizmin yanlışlıqlarına nəzər yetirək.

Hiç yorum yok:
Yorum Gönder