-Azərbaycan həm tam müstəqil demokratik bir dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaq. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan islam dini hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək. (Heydər Əliyev)

-Azərbaycanda islam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir. (Heydər Əliyev)

Təqlidçilik etməyək!



Bir insan öz mədəniyyətini bəyənmirsə keyfiyyətli ola bilməz. Yalnız xarici mədəniyyəti bəyənirsə mədəniyyətsizlik deməkdir, təqlidçilik deməkdir. Sən öz mədəniyyətinin gözəlliyini, dərinliyini, zənginliyini fərq edə bilmirsənsə, oradakı keyfiyyəti hiss edə bilmirsənsə və onu keyfiyyətlə təqdim edə bilmirsənsə, sən təqlidçi insansan. (Adnan Oktar)

DÖVLƏT NƏDİR?


“İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir dövlətdir. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır”.

HEYDƏR ƏLİYEV

Dövlət ortaq həyat və mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə təhlükəsizlik, sülh və rifah təmin etmə məqsədini daşıyan və bu məqsədə yönələn qanunlar qəbul etmə, bu qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur.
Dövlət, tarixin məlum olan ən qədim cəmiyyətlərindən indiyə kimi həmişə var olmuşdur. Marksistlər ortaya atdıqları xəyali "mədəni təkamül" ssenarisi daxilində dövlətin sonradan ortaya çıxan bir mexanizm olduğunu iddia edirlər. İlk cəmiyyətlərdə dövlət və ya dövlətə bənzər bir qurumun olmadığını, "kommunal" həyat tərzinin mövcudluğunu irəli sürürlər. Halbuki  heç bir tarixi və ya arxeoloji tapıntı bu iddianı təsdiq etmir. Əksinə, haqqında məlumatımız olan ən qədim mədəniyyətlərin hamısında güclü dövlət mexanizmlərinin mövcud olduğu məlumdur. Buna görə də dövlət quruluşunun insanlıq tarixi ilə bir yaşda olduğunu söyləmək mümkündür.
Bu, əslində insanın yaradılışının təbii  nəticəsidir. İnsan yaradılışının tələbi olaraq "doğru" və "yanlış" anlayışlarına malik olmaqla doğrunu öyrənmək və bu doğruya uyğun şəkildə yaşamaq istəyir. Yanlışı tətbiq edənlərin isə dayandırılmasını, onlara mane olmağı arzu edir. Buna görə də insanlara doğrunu göstərən bəzi qanunlar qəbul edən və bu qanunlara tabe olmağı təmin edən bir nüfuzun varlığı zəruridir.
Belə ki, cəmiyyətlərin quruluşu düşünüldüyündə dövlətin nə qədər əhəmiyyətli olduğu asanlıqla görünür. Bir cəmiyyətdə sülh və əsayişi təmin edən, zərərli davranışları qanunla qadağan edən, bu qanunlara da tabe olmağı məcbur edən yeganə güc dövlətdir. Buna paralel olaraq, dövrümüzdəki cəmiyyətlərin   sağlamlıq, təhsil, milli təhlükəsizlik, infrastruktur kimi xidmətlərin də yalnız dövlət tərəfindən qarşılana biləcəyi aydındır.

Bunları ətraflı şəkildə araşdıracağıq. Bunun üçün əvvəlcə, dövlətin varlığına qarşı çıxan ən əhəmiyyətli siyasi ideologiya olan anarxizmin yanlışlıqlarına nəzər yetirək.