Anarxizm sol ideologiyaların ən marjinalı kimi qəbul edilir.
Anarxizm yunan sözü olub “özbaşınalıq” deməkdir. Bu ideologiyanın tərəfdarları
dövlətin cəmiyyətə zərər verən bir qurum olduğunu iddia etmiş və insanların
azadlıq və sülhə qovuşması üçün dövlətin ortadan qaldırılmasının lazım olduğunu
müdafiə etmişlər. Dövlətlə yanaşı, dinə də qarşı çıxmış və dinin məhv edilməsinə
çalışmışlar. Fransa inqilabından sonra ortaya çıxan bu ideologiya xüsusilə
19-cu əsrdə məşhurlaşmış, Rusiyada Bolşevik inqilabının (1917) hazırlanmasında
da rol oynamışdır.
Əvvəlcə, anarxizmin tamamilə xəyali və həqiqətlərdən uzaq
fikir olduğuna diqqət yetirmək lazımdır. Çünki dünyanın heç bir ölkəsində heç
bir zaman bu ideologiya tətbiq olunmayıb. Heç bir zaman dövlətin ləğv edilib
anarxist cəmiyyətin qurulması hadisəsi baş verməyib. Yalnız bəzi böhran
zamanlarında dövlətlərin nüfuzu zəifləmiş, bunun nəticəsində isə cəmiyyətə sülh
və rifah deyil, əksinə yalnız çəkişmə, qarşıdurma və talan gəlmişdir.
Başqa cür
mümkün də deyil. Çünki dövlətin olmadığı şəraitdə cəmiyyətin öz-özünü təşkil edərək
asayiş və sabitlik meydana gətirməsi qeyri-mümkündür. Dövlətin olmadığı bir
mühitdə qanunlar da olmaz. Bu halda “cinayət” anlayışı ortadan qalxar və hər kəs
istədiyi hərəkəti rahat şəkildə edə bilər. İstəyən hər kəs başqasının malına və
ya canına qəsd etdiyində bu cinayəti “cinayət” olaraq müəyyən edən və mane olan
bir nüfuzun olmadığı üçün qarşısında heç bir maneə görməz. Oğrular istədikləri
malı oğurlayar, qatillər istədiklərini öldürər, onları dayandıran polis və ya
mühakimə edən məhkəmə olmaz.
Belə bir cəmiyyət isə meşə qanunlarının hakim
olduğu “sürü”yə çevrilər. İnsanların dincliyinin, şəxsiyyət və mülkiyyət
toxunulmazlığının olmadığı bu sürü əslində “insan cəmiyyəti”ndən çox heyvan dəstələri
kimi yaşayar. Maraqlısı budur ki, bu nəticə anarxistlərin fəlsəfəsinə tam
uyğundur. Çünki anarxistlər də eynilə marksistlər kimi Darvinin ortaya atdığı
“insanın təkamülü” nağılına inanır və dolayısilə, insanı “inkişaf etmiş heyvan
növü” kimi qəbul edirlər.
Ancaq tarix anarxizmin tamamilə yanlış bir fəlsəfə
olduğunu saysız misallarla sübut edir. Anarxistlər dövlətin aradan götürülməsinin
sülh və rifaha gətirəcəyinə inanırlar. Halbuki siyasi tarixə nəzər yetirdikdə
dövlət hakimiyyətinin ortadan qalxdığı hər dövrdə qanlı xaos mühitinin olduğu
görünür. Orta əsrlər boyu siyasi nüfuzun ortadan qalxdığı dövrlər həmişə qarət,
talan və qırğın dövrləri olmuşdur. Anarxizmin çıxış nöqtəsi sayılan Fransa
inqilabı tarixin ən qanlı siyasi hərəkatlarından biridir. Fransa inqilabında,
xüsusilə də inqilabın “Terror dövrü” olaraq tanınan mərhələsində on minlərlə
insan edam edilmiş, inqilabın Robespyer kimi öndə gələnləri də daxil olmaqla,
bir çox insan gilyotinə göndərilmişdir. İnqilabdan sonra Fransa on beş ildən
çox müddətdə hüzura qovuşa bilməmişdir. Nizam və təhlükəsizliyin yenidən təmin
edilməsi isə inqilab dövrünün sona çatması və Napoleonun mütləq iqtidarının
qurulması ilə, yəni dövlətin yenidən təsis edilməsi ilə mümkün olmuşdur. Bu hal
tarixin hər dövründə eynidir. Dövlət əleyhində edilən hər cür “inqilab”
inqilabçıların buna başladıqları vaxt ortaya atdıqları bəzəkli şüarların əksinə,
qan, kədər və gözyaşı gətirir.
Hiç yorum yok:
Yorum Gönder