“İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır”. HEYDƏR ƏLİYEV
Demokratik cəmiyyətdə ölkə məsələlərinin həllində
hər kəsin və hər qrupun fərqli fikirləri ola bilər.
Məsələn, bəziləri azad bazar iqtisadiyyatını müdafiə edə bilər, bəziləri qarışıq iqtisadiyyatın faydalı olacağını
düşünər. Eyni qaydada xarici siyasətdən tutmuş ölkənin
abadlaşdırılması məsələlərinə qədər hər mövzuda fərqli
fikirlər ola bilər. Dünyagörüşü cəhətdən də cəmiyyətin
bir hissəsi daha mühafizəkar, bir hissəsi daha liberal olar.
Amma əhəmiyyətli olan bütün bu fərqli siyasi və mədəni
cərəyanların dövlətə bağlılıq mövzusunda ortaq davranış
göstərmələridir.
Çünki bütün bu qruplar Azərbaycan Respublikasının
tərkib hissəsidir və ancaq Azərbaycan dövləti güclü
olduğu təqdirdə müstəqil millət olaraq yaşamaq imkanına
sahibdirlər. Öz aralarında siyasi mübarizə apara bilər,
fərqli partiyalar qura bilərlər. Amma hamısı dövlətə sadiq,
dövlətin və dövlət təşkilatlarının qorunması mövzusunda
eyni həssaslıqda olmalıdır.
Hiç yorum yok:
Yorum Gönder