Əvvəlki bölmələrdə millətin niyə güclü dövlətə
ehtiyacı olduğunun cavabını verməyə çalışdıq. Əlbəttə,
dövlət sisteminin güclü olmasının lazım olduğunu ifadə
etmək kafi deyil, bunun qədər digər əhəmiyyətli mövzu
isə dövlətin xüsusiyyətləridir.
Siyasi gücün millətə aid olduğu sistemlər demokratik
sistemlərdir.
Demokratiya “xalqın idarəsi” mənasını verir və
siyasi iradənin xalqa aid olduğu siyasi sistemi ifadə edir.
Demokratiyalarda ölkəni idarə etmə və qanun qəbul etmə
səlahiyyəti bütün xalqa məxsusdur. Xalq bu səlahiyyətindən
sərbəst seçki yolu ilə seçdiyi nümayəndələr vasitəsilə istifadə
edir. Ölkəni idarə edənlər və qanunları qəbul edənlər xalqın
razılığını qazanmaq məcburiyyətindədir. Xalq təsdiq etsə,
hakimiyyətə gələr. Vəzifədən kənarlaşdırılmaları da yenə
xalqın iradəsi ilə, yəni bu iradənin təmsil edildiyi sərbəst
seçkilərlə baş verər.
Azərbaycan Respublikası bu xüsusiyyətlərə sahib
demokratik dövlətdir.
Konstitusiyamızda Azərbaycan Respublikasının əsas
xüsusiyyətləri yer almışdır. Bu dəyişdirilməz xüsusiyyətlər
Azərbaycan Respublikasının dünyəvi və hüquqi
dövlət olduğu mənasını verir. Bunlar çox əhəmiyyətli
xüsusiyyətlərdir və millətin mənfəətlərini ən yaxşı şəkildə
qoruyacaq quruluşa sahib olduğunun göstəricisidir.
Hiç yorum yok:
Yorum Gönder