19-cu əsr çoxlu sayda mütəfəkkirin nəzəriyyələr yazdığı
bir dövr idi. Liberalizm və marksizm kimi iki fərqli sosial
nəzəriyyə bu dövrdə ortaya çıxdı. Hər iki nəzəriyyənin
də ortaq xüsusiyyəti təcrübələrə deyil, mücərrəd fikirlərə
əsaslanması idi. 20-ci əsrdə isə bu fikirlər tətbiq edilməyə
başlandı və ortaya bəzi konkret təcrübələr çıxdı.
Marksizmin bu təcrübələrin nəticəsində süqut
etdiyi məlumdur. Dövlətin əvvəl zorakılıq yolu ilə ələ
keçirilməsini, sonra bütün iqtisadiyyatın dövlət nəzarətinə
alınmasını və uzaq gələcəkdə də dövlətin tamamilə ləğv
edilməsini müdafiə edən bu nəzəriyyənin həqiqətlərlə
uyğunlaşmayan və çox səmərəsiz iqtisadi model ortaya
qoyduğu aşkardır. Sovet İttifaqının mərkəzi planlamaya
əsaslanan iqtisadi modelinin süqut etməsi dövlətin
səhv iqtisadi siyasəti olduğunu və iqtisadiyyatın ancaq
xüsusi sektorun rolu ilə məhsuldar hala gələcəyini ortaya
qoymuşdur.
Ancaq o qədər diqqət çəkməyən başqa bir fakt isə
ondan ibarətdir ki, 20-ci əsrdəki təcrübələrin 19-cu əsr
liberalizmini də bəzi istiqamətlərdən haqsız çıxarması idi.
19-cu əsrdə yaşamış liberal iqtisadiyyat müdafiəçiləri 18-
ci əsrdəki ingilis iqtisadçı Adam Smitin yolunu izləyərək
“ən yaxşı dövlət, ən az müdaxilə edən dövlətdir” fikrini
müdafiə edirdilər. Dövlətin iqtisadi həyata müdaxilə
etməməsinin və bütün iqtisadiyyatın xüsusi sektorun
nəzarətində olmasının lazım olduğunu müdafiə etmişdilər.
Dövlətin tamamilə kənarlaşdırıldığı bu iqtisadi model
19-cu əsrin sonlarından 20-ci əsrin birinci rübünə qədər
başda ABŞ olmaqla, bir çox qərb ölkəsində qəbul edildi.
Ancaq 1929-cu ildə başlayan və “Böyük böhran” kimi tanınan
nəhəng iqtisadi böhran bu modelin səhv olduğunu ortaya qoydu. Böyük böhran Nyu-York birjasında baş qaldıran və
sonra da bütün dünyaya yayılan həyəcanla doğulmuşdu.
Dünya iqtisadiyyatını illərlə zəiflədən bu böhran dünya
ticarət dövriyyəsinin azalmasına, cəmiyyətlərin gəlir və
rifah səviyyələrinin aşağı düşməsinə, milyonlarla insanın
işsiz qalmasına səbəb oldu.
Böyük böhranın ortaya qoyduğu ən əhəmiyyətli
nəticələrdən biri dövlətin iqtisadiyyatdan tamamilə
uzaqlaşdırılmasının çox zərərli olduğu idi. Belə ki,
Böyük böhrandan sonra inkişaf edən “Keynes modeli”
iqtisadi sistemi dövlətin müəyyən ölçüdə iqtisadiyyata
müdaxilə etməsinin, bəzən də sərmayələrlə iqtisadiyyatı
istiqamətləndirməsinin lazım olduğunu qəbul etdi. Bir çox
dövlət də Keynes modelini tətbiq etməklə Böyük böhranın
vurduğu zərərləri ortadan qaldıra bildi.
Hal-hazırkı dövrdə etibarlı olan iqtisadi model
xüsusi sektorun lokomotiv funksiyasını yerinə yetirdiyi,
amma dövlətin idarəçiliyi və istiqamətləndirməsi ilə
işləyən iqtisadi modeldir. Dövlətin başda infrastruktur
sərmayələri olmaqla, iqtisadiyyatın bəzi sahələrinə əl
atması zəruridir. Bundan əlavə, xüsusi sektor üçün gəlir
gətirməyən, amma cəmiyyətin ümumi rifahı baxımından
lazım olan bəzi xidmətlərin yerinə yetirilməsi üçün də
yenə dövlətin müdaxiləsi zəruridir (məsələn, poçt xidməti
dünyanın heç bir ölkəsində qazanc gətirmir, amma
cəmiyyətin faydası üçün dövlət tərəfindən icra edilir). Eyni
şəkildə, bir ölkənin strateji təhlükəsizliyini maraqlandıran
iqtisadi məsələlər də dövlət tərəfindən təşkil edilməlidir.
Xülasə olaraq, bir ölkənin rifahı üçün iqtisadiyyatın
dövlət tərəfindən idarə edilməsi, qanunlarla təşkil
edilməsi, bəzən də birbaşa dövlətin müdaxiləsi ilə
istiqamətləndirilməsi zəruridir. Dövlət bunları edə bilmək
üçün, əlbəttə, güclü olmalıdır.
Hiç yorum yok:
Yorum Gönder