Bura kimi araşdırdığımız mövzular bir cəmiyyətin
etibarlı, dinc və rifah yaşaması üçün güclü dövlətin
mütləq qorumasında və idarəçiliyində yaşamalı olduğunu
göstərir. Dövlətin ortadan qaldırılmasını müdafiə edən
anarxizm böyük yanlışlıqdır. “Ən yaxşı dövlət ən az
idarə edən dövlətdir”, -deyən 19-cu əsr liberalizmi də
yanılmışdır və dövlətin müdaxiləsinin lazım olduğunu
qavraya bilməmişdir.
Dövlətin hər şeydən uzaqlaşdırılması bir tərəfə qalsın,
dövlət nüfuzundakı ən kiçik zəiflik belə bir cəmiyyəti böyük
problemlərlə qarşı-qarşıya qoyur. Dövlət nüfuzundakı ən
kiçik bir boşluq bu boşluğun bəzi qeyri-qanuni qurumlar
tərəfindən doldurulması ilə nəticələnər ki, bundan da hamı
zərər çəkər. Zəif dövlət cəmiyyətdəki bəzi mənfəət güdən
çevrələrin təsiri altında qalar və yenə bütün cəmiyyət
bundan zərər görər.
Dolayısilə, cəmiyyətin hər bir üzvü güclü dövlət
mexanizminə tərəfdar olmalıdır. Dövlətin güclənməsi
üçün səy göstərməli və dövlətin zəifləməsinə yönələn
hərəkətlərə qarşı çıxmalıdır. Qısacası, dövlətinə sahib
çıxmalıdır.
Hiç yorum yok:
Yorum Gönder